Rusiyanın “Krılya Sovetov” klubunun futbolçusu Vladislav Şitov “Sumqayıt”la keçirilən yoxlama görüşü barədə danışıb.
İdmanxeber.az-ın məlumatına görə, 20 yaşlı hücumçu klubun rəsmi saytına komandanın belə davam etməli olduğunu bildirib:
“Sumqayıt” üzərində qələbə qazanmaq vacib idi. Bu matçın bizə köməyi dəyəcək. 40 günlük tətil zamanı hamı dincəldi, futbolçular indi oynamaq istəyirlər. Bu qolları ölkə çempionatında da davam etdirməyə çalışacağam”.
Qeyd edək ki, “Sumqayıt” Antalyadakı təlim-məşq toplanışını başa vurub.