Ölkə futbolu

“Sumqayıt” – “Xəzər Lənkəran”: Məşqçi Fikirləri

Azərbaycan Premyer Liqasının XXXV turu “Sumqayıt” üçün uğurlu alındı. Aqil Məmmədovun rəhbərlik etdiyi komanda “Xəzər Lənkəran”ı 2-0 hesabı ilə məğlub etdi.  

Elbrus Məmmədov (“Xəzər Lənkəran”ın məşqçisi): “Sumqayıt”ı qələbə münasibəti ilə təbrik edirəm. Başlanğıc bizim üçün yaxşı alındı. Daha sonra kiçik səhv etdik. Bu qolu buraxdıqdan sonra oyunumuzda anarxiya yarandı. İkinci qolu buraxdıqdan sonra dönüş edə bilmədik. Tərlan Qasımzadə qol buraxsa da, oyunun ən yaxşılarından idi. Onun gələcəyi var”.

Aqil Məmmədov (“Sumqayıt”ın baş məşqçisi): “Yaxşı oynadıq. Azarkeşləri, futbolçuları təbrik edirəm. Düşünürəm ki, oyunumuzun nəticəsi qələbə olmalı idi. Mən rəqibin qapıçısı Tərlan Qasımzadənin oyununu qeyd etməliyəm. Daha çox qol vura bilərdik. Amma Tərlan yaxşı çıxış etdi”.  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43