Kateqoriyasız

“Sumqayıt” yanğınsöndürənə görə cərimələndi – AFFA-nın qərarları

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

İdmanxeber.az PFL-in saytına istinadən xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 3-cü turu ilə bağlı qərarlar verilib.

“Qəbələ” – “Keşlə” oyununda meydan sahiblərinin futbolçusu Nikolas Raysel qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub. “Keşlə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.

“Sumqayıt” – “Səbail” matçında oyun öncəsi yanğınsöndürən nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 400 manat cərimə olunub. Hər iki tərəfin 4 futbolçusu sarı vərəqə aldığı üçün klublar 800 manat cərimə olunub.

“Zirə” – “Sabah” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43