Kateqoriyasız

“Sumqayıt” yenə İrandan futbolçu transfer edir

“Sumqayıt” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

İdmanxeber.az-ın məlumatına görə, “kimyaçılar” son olaraq İranın “Paykan” klubunda çıxış edən Höccət Haqverdini transfer etməyə yaxındır. Bu barədə “persianfootball” portalı məlumat yayıb.

Xəbərdə, “Sumqayıt”ın 27 yaşlı müdafiəçi ilə razılaşdığı bildirilib. Haqverdi yaxın zamanda “kimyaçılar”ın düşərgəsinə qoşulacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43