Kateqoriyasız

“Sumqayıt” yeni mövsümün hazırlığına start verdi

Topaz Premyer Liqasının 2015/2016 mövsümünü 8-ci pillədə başa çatdıran “Sumqayıt” yeni mövsümün hazırlığına start verib.

İdmanxeber.com-un məlumatına görə, “gənclik şəhəri” təmsilçisi dünən Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda ilk məşqinə çıxıb.

Baş məşqçi Samir Abasovun planına əsasən, komanda məşqin ilk hissəsini dənizkənarında qaçışla başlayıb, ardından stadionda fiziki çalışmalara üstünlük verib.

Heyətə cəlb olunmuş yeni futbolçular komanda ilə birlikdə məşqlərə başlayıblar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43