Kateqoriyasız

“Sumqayıt” yeni mövsümün hazırlıqlarına start verdi

“Sumqayıt” komandası yeni – 2021/22 mövsümünün hazırlıqlarına start verib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Komanda Ayxan Abbasovun rəhbərliyi ilə Sumqayıt şəhər stadionunda məşqlərə başlayıb.

“Sumqayıt” ötən mövsümü Premyer Liqada 3-cü sırada bitirib. “Kimyaçılar” UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Serbiyanın “Çukariçki” klubu ilə qarşılaşacaq.

“Sumqayıt” “Çukariçki” ilə ilk oyununu iyulun 22-də Serbiyada keçirəcək. Cavab görüşü isə iyulun 29-da Sumqayıtda olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43