19 Sentyabr 2024
Ölkə futbolu

“Sumqayıt” yeni stadionunda ilk oyuna bu tarixdə çıxacaq

“Sumqayıt”ın Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yenidənqurmadan sonra keçirəcəyi ilk oyun bəlli olub.

İdmanxeber.az xəbər verir ki, komanda Premyer Liqanın 21-ci turunda “Neftçi”ni bu arenada qəbul edəcək. Bu barədə PFL-in rəsmi saytı məlumat yayıb.

Fevralın 4-də keçiriləcək qarşılaşma saat 15:00-da start götürəcək.

3 fevral (şənbə)

“Səbail” – “Qarabağ”
“ASCO Arena”, 15:00

“Sabah” – “Turan Tovuz”
“Bank Respublika Arena”, 17:30

4 fevral (bazar)

“Sumqayıt” – “Neftçi”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 15:00

“Qəbələ” – “Zirə”
Qəbələ şəhər stadionu, 17:30

5 fevral (bazar ertəsi)

“Kəpəz” – “Araz-Naxçıvan”
Qəbələ şəhər stadionu, 15:00


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43