Ölkə futbolu

“Sumqayıt” yeni transferini açıqladı

“Sumqayıt” FK Atilla Yıldırımla müqavilə imzalayıb

İdmanxeber.az-ın məlumatına görə, 2018/2019 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” FK daha bir futbolçunu heyətinə cəlb edib. Belə ki, son olaraq Hollandiyanın “MMV-Maastricht” klubunda çıxış etmiş Azərbaycan əsilli hücumçu Atilla Yıldırımla müqavilə imzalanıb. Yıldırım komandamızda 11 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Atilla Yıldırım “MMV-Maastricht” (29 oyun, 8 qol) klubundan başqa “Utrecht” (2 oyun, 1 qol), “Kasımpaşa” (18 oyun, 4 qol), “Konyaspor” (20 oyun, 1 qol), “Bucaspor” (17 oyun 1 qol), “Şanlıurfaspor” (7 oyun, 2 qol), “Elazığspor” (8 oyun, 1 qol), “Kocaeli Birlikspor” (12 oyun), “Sivas Belediyespor” (30 oyun, 11 qol) və “Nazilli Belediyespor” (18 oyun, 1 qol) klublarının şərəfini qoruyub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43