Kateqoriyasız

“Sumqayıt” yeni transferini rəsmən açıqladı

2020/21 mövsümünün ikinci yarısı üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” növbəti futbolçunun keçidini reallaşdırıb.

Cənubi azərbaycanlı futbolçu Mehdi Şərifi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Mehdi Şərifi ötən mövsüm “Sumqayıt”ın heyətində 16 oyunda 5 dəfə rəqib qapılarına yol tapıb. Şərifi karyerası ərzində “Sepahan” (74 oyun, 27 qol), “Traktorsazi” (37 oyun, 4 qol) və son olaraq isə “Persepolis” (4 oyun) klublarının da şərəfini qoruyub. 28 yaşlı futbolçu 2 dəfə İran çempionu (2014/15, 2018/19), 2 dəfə isə İran kubokunun qalibi olub (2012/13, 2018/19).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43