Ölkə futbolu

“Sumqayıt”da ayrılıq – RƏSMİ

“Sumqayıt” daha bir futbolçusu ilə yollarını ayırıb.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi Oktavio Manteka ilə icarə müqaviləsinin müddətini uzatmayıb.

Qeyd edək ki, 30 yaşlı yarımmüdafiəçi mövsümün əvvəlində Bolqarıstanın “ÇSKA 1948” klubundan “Sumqayıt”a icarə əsasında keçib. O.Manteka ötən mövsüm Premyer Liqada 26, Azərbaycan Kubokunda 3 qarşılaşma olmaqla, ümumilikdə 29 matçda meydana çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43