Ölkə futbolu

“Sumqayıt”da ciddi itki

“Sumqayıt”ın heyətində ciddi itki baş verib.

“Kimyaçılar”ın müdafiəçisi Vaquf Gülalıyev sıradan çıxıb. 23 yaşlı sol cinah müdafiəçisi Antalya toplanışı zamanı Qazaxıstanın “Atırau” klubu ilə keçirilən hazırlıq qarşılaşmasında zədələnib.

Gənc futbolçunun dizinin çarpaz bağları qopub. Gələn həftə əməliyyat olunacaq müdafiəçinin 6 ay yaşıl meydanlardan kənar qalacağı gözlənilir. Bu isə onun üçün mövsümün bitməsi deməkdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43