Ölkə futbolu

Sumqayıtda əlbəyaxa dava: öncə “təbrik”, sonra “qonaq” etdilər

Premyer Liqanın XXV turunun “Sumqayıt” – “İnter” matçından sonra hər iki klubun azarkeşləri arasında qarşıdurma olub.

İdmanxeber.com-a verilən məlumata görə, “İnter”in hesabı açmasının ardından ilk öncə sumqayıtlı azarkeşlər “İnter”in əleyhinə “8 martınız mübarək” – deyə şüarlar səsləndiriblər. Komandaları hesabı bərabərləşdirə bilməyincə yerli fanatlar matçın bitimindəın sonra qonaq komandanın azarkeşlərinin avtobusunu daşa “qonaq” ediblər. “Bankirlər”in azsaylı azarkeşləri isə buna qarşılıq vermək üçün “Sumqayıt” fanatlarının üzərinə hücum çəkib. Baş verən qalmaqala polis müdaxiləsi gecikib. Elə azarkeşlər polislərin gəldiyini görərək özləri aranı sakitləşdiriblər. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43