Ölkə futbolu

“Sumqayıt”da növbəti Cənubi azərbaycanlı futbolçu

Dövrələrarası fasilədə transfer çalışmalarını davam etdirən “Sumqayıt” heyətini daha bir futbolçu ilə gücləndirib.

İdmanxeber.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, “gənclik şəhəri” təmsilçisi Cənubi azərbaycanlı futbolçu Peyman Keşavarzla 6 ay + 1 il sistemi ilə müqavilə imzalayıb. 22 yaşlı müdafiəçi “Sumqayıt”da 50 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Təbrizin “Traktorsazi” komandasının yetirməsi olan P. Keşavarz həmin şəhərin digər klubları olan “Maşınsazi” və “Qostareş Fulad” ilə yanaşı, “İstiqlal Əhvaz”ın da şərəfini qoruyub.

Xatırladaq ki, “Sumqayıt” bundan əvvəl “Maşinsazi” klubundan Cənubi azərbaycanlı hücumçu Peyman Babayini heyətinə qatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43