Kateqoriyasız

“Sumqayıt”da son durum: tələsmir, amma gecikir

Mövsümə yaxşı balayan “Sumqayıt” transfer çalışmalarını davam etdirir.

İdmanxeber.az-ın məlumatına görə, hücumçu problemini həll etməyə çalışan “gənclik şəhəri” təmsilçisi hələ ki, buna müvəffəq ola bilməyib. Klubun baş məşqçisi Ayxan Abbasov ona təklif edilən 4-5 hücumçu arasında seçim belə etmək fikrində deyil. Çünki həmin futbolçuların hazırkı durumu məşqçini qane etmir. Bu baxımdan da komanda hücumçu transferində gecikir.

Qeyd edək ki, Azərbaycanda transfer pəncərəsi sentyabrın 1-də bağlanır.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43