Kateqoriyasız

“Sumqayıt”da yeni müqavilə

2019/20 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” klubu heyətindəki daha bir futbolçu ilə müqavilə müddətini uzadıb.

İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, müdafiəçi Rail Məlikov daha 1 mövsüm “Sumqayıt”ın şərəfini qoruyacaq.

Azərbaycan Premyer Liqasında 324 oyuna çıxan Məlikov, həmin qarşılaşmaların 70-ni “Sumqayıt”ın heyətində keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43