Kateqoriyasız

“Sumqayıt”da yeni vitse-prezident

“Sumqayıt” klubuna yeni vitse-prezidenti təyin olunub.

İdmanxeber.az Premyer Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 48 yaşlı Aydın Xəlilov bu vəzifəni icra edəcək.

O, fevralda dünyasını dəyişən Vaqif Ömərovu əvəzləyib.

Qeyd edək ki, Aydın Xəlilov 1973-cü il avqustun 10-da anadan olub. Sumqayıt Dövlət Universitetinin məzunu olan funksioner həm də “Azərikimya” İB-nin Həmkarlar İttifaqının sədridir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43