İdman

“Sumqayıt”dan ayrıldı, “Neftçi”yə keçdi – RƏSMƏN

“Sumqayıt”da daha bir istefa gerçəkləşib.

Bu barədə İdmanxeber.com-a klubdan məlumat verilib. Komandanın baş meneceri Ceyhun Sultanov vəzifəsindən ayrılıb. Daha əvvəl yazdığımız kimi o, “Neftçi”nin yolunu tutub. Kamran Quliyevin paytaxt klubuna prezident təyin olunmasından sonra Sultanovun da “ağ qaralar”a keçəcəyi məlum idi. Keçidin bu gün rəsmiləşəcəyi gözlənilir.

Qyed edək ki, Ceyhun Sultanov “Neftçi”də idman direktoru vəzifəsini icra edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43