Ölkə futbolu

“Sumqayıt”dan gedənlər rəsmən bəlli oldu

“Sumqayıt” 2017/2018 mövsümü üçün transfer çalışmalarını davam etdirir.

İdmanxeber.com-un məlumatına görə, heyətini gücləndirməklə yanaşı komandanın sıralarını bir neçə futbolçu tərk edib. Belə ki, Mirabdulla Abbasov və Yusif Nəbiyevin icarə müqaviləsinin vaxtı bitdiyi üçün klublarına qayıdıb.

Bundan başqa, Maqomed Kurbanov, Ayaz Mehdiyev, Mikayıl Rəhimov, Tərlan Əhmədli və Kamran Abdullazadənin isə mövsümün sonuna qədər nəzərdə tutulmuş müqavilələri başa çatıb. Nasir Abilayev və Seymur Əsədovun müqavilələri isə qarşılıqlı razılıq əsasında ləğv edilib.

“Sumqayıt” FK yuxarıda adları sadalanan futbolçulara kluba göstərdikləri xidmətlərə görə təşəkkür edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43