31 Yanvar 2023
Kateqoriyasız

“Sumqayıt”dan ilk transfer – rəsmi

“Sumqayıt” dövrələrarası fasilədə ilk futbolçu keçidini gerçəkləşdirib.

İdmanxeber.az klubun rəsmi saytına istinadən xəbər verir ki, son olaraq Gürcüstanın “Telavi” klubunda çıxış etmiş Vüqar Bəybalayevlə 2,5 illik müqavilə imzalanıb.

28 yaşlı yarımmüdafiəçi 15 nömrəli formanı geyinəcək.

Xatırladaq ki, 2017/2018 mövsümündə də “Sumqayıt”da çıxış etmiş Vüqar Bəybalayev həmin müddətdə ümumilikdə 24 oyuna çıxıb. O, “Telavi” ilə yanaşı, “Bakı”, “Xəzər Lənkəran”, “Rəvan” və “Səbail”in heyətində də yer alıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

Azərbaycan Premyer Liqası dünyada 30-cudur

admin

Xorvatiyalı baş məşqçi açıqladı: “AFFA ilə danışıqlarım olub”

admin

“Qarabağ”ın Çempionlar Liqasındakı 11 potensial rəqibi

admin