Kateqoriyasız

“Sumqayıt”dan növbəti transfer

Yeni mövsümün transfer çalışmalarını davam etdirən “Sumqayıt” Futbol Klubu daha bir futbolçu ilə müqavilə imzalayıb.

İdmanxeber.com-un məlumatına görə, komanda Tərzin Cahangirovla 1 illik sazişə imza atıb. 22 yaşlı futbolçu “Sumqayıt” FK-da icarə əsasında çıxış edəcək.

Qeyd edək ki, Tərzin Topaz Premyer Liqasında 2013/2014 mövsümündə “Sumqayıt” FK-nun heyətində ümumilikdə 18 qarşılaşmada 1585 dəqiqə mydanda olub və 1 qola imza atıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43