Kateqoriyasız

Sumqayıtdan “Zirə” üçün şad xəbər

Premyer Liqanın XX turu çərçivəsində “Zirə” ilə qarşılaşacaq “Sumqayıt” bu matça ciddi itkilərlə çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, Aleksandr Çertaqanov, Vurğun Hüseynov və Ağabala Ramazanov cəza səbəbindən “qartallar”la matçı buraxmalı olacaq. 

Bundan başqa “kimyaçılar”da 2 zədəli futbolçu var. Bunlar Vaqif Cavadov və Cəmil Hacıyevdir. Hər iki futbolçunun növbəti matçda oynayıb-oynamayacağı bəlli deyil.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43