Ölkə futbolu

“Sumqayıt”ın əvəzolunmazı

“Sumqayıt”ın bu mövsüm keçirdiyi 36 oyunda ən az əvəzlənən futbolçusu Murad Xaçayev olub.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 26 yaşlı yarımmüdafiəçi 2022/23 mövsümünün son 11 matçında start heyətdə meydana çıxıb və sonadək oynayıb.

2018-ci ildən “Sumqayıt”ın formasını geyinən Murad Xaçayev bütün turnirlər daxil olmaqla 137 oyunda meydanda olub. O, bu matçlara 6 qol vurub və 8 qolun ötürməsini verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43