Kateqoriyasız

“Sumqayıt”ın 2 futbolçusu millidə

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının elit raunduna hazırlıq məqsədi ilə 2015-ci il fevralın 16-dan 22-dək Finlandiyanın Helsinki, fevralın 23-dən 28-dək isə İrlandiyanın Dublin şəhərində təlim-məşq toplanışında iştirak edəcək və 4 yoxlama oyunu keçirəcək. 

İdmanxeber.com-un məlumatına görə, “Sumqayıt” Futbol Klubunun 2 futbolçusu – Budaq Nəsirov və Fərid Kərimzadə yığmanın düşərgəsinə dəvət alıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43