Ölkə futbolu

“Sumqayıt”ın 6 aydı boş qalan vitse-prezident postu – açıqlama

“Sumqayıt” klubunda vitse-prezident postu hələ də boş qalıb.

İdmanxeber.az-ın məlumatına görə, 6 aydır ki, klubun vitse-prezidenti Vaqif Ömərovun vəfatından sonra bu posta heç kim təyin olunmayıb. Klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov saytımıza açıqlamasında bildirib ki, yaxın günlərdə boş qalan posta yeni təyinat gözlənilir:

“Boş qalmış posta yeni təyinat klubumuzun Müşahidə Şurasının iclasından sonra müəyyənləşəcək.Yaxın günlərdə futbol ictimaiyyətinə bu barədə məlumat veriləcək”.

Qeyd edək ki, V. Ömərov 22.09.2021-ci il tarixdə 69 yaşında dünyasını dəyişib. O, xərçəng xəstəliyindən əziyyət çəkirdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43