Ölkə futbolu

“Sumqayıt”ın 9 futbolçusu millidə

“Sumqayıt” Futbol Klubunun 9 futbolçusu 21 və 23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandalarına dəvət olunub.

İdmanxeber.com-un məlumatına görə, komandanın futbolçuları Ehtiram Şahverdiyev, Bəhlul Mustafazadə, Yusif Nəbiyev, Xəyal Nəcəfov, Mirabdulla Abbasov, Kamran Abdullazadə, Nicat Muxtarov, Azər Salahlı və Tərlan Əhmədli mart ayının 6-dan 9-dək Bakı şəhərində baş tutacaq təlim-məşq toplanışına çağırılıblar.

Qeyd edək ki, 9 futbolçunun yığma komandaya dəvət olunması klub tarixində yeni rekorddur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43