Ölkə futbolu

“Sumqayıt”ın baş məşqçisi: “Elə olur ki, futboldan birdəfəlik getmək istəyirəm”

Topaz Premyer Liqasının 18-ci turunda “Sumqayıt” səfərdə “Qarabağ”a 0-2 hesabı ilə uduzdu.

İdmanxeber.com-un məlumatına görə, “Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov məğlub olduğları matçı belə şərh edib:

“Qarabağ”ın gücünü etiraf edirəm. Həm də qeyd etməliyəm ki, biz də öz oyunumuzu göstərə bilmədik. Yəqin ki, yorğunluq var. “Qarabağ”ı layiqli qələbə münasibəti ilə təbrik edirəm. Yaxşı oyun sərgiləsək də, uduzuruq. Elə olur ki, futboldan birdəfəlik getmək istəyirəm. Yaxşı oynadığımız bəzi oyunlarda qələbə əldə edə bilməmişik”.  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43