08 Sentyabr 2024
Ölkə futbolu

“Sumqayıt”ın baş məşqçisi: “Futbolçular var gücü ilə oynadılar”

Topaz Premyer Liqasının VI turunda “Sumqayıt” doğma meydançasında AZAL-a 0:1 hesabı ilə məğlub oldu.  

İdmanxeber.com-un məlumatına görə,“Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov məğlub olduğları oyunu belə şərh edib:

“Oyuna pis başladıq. AZAL görüşün əvvəlində qol vurmaq üçün irəli atıldı. Öz səhvimizdən qol buraxdıq. Amma ikinci hissə bizim üstünlüyümüz şəraitində keçdi. Narazılığım yoxdur. Futbolçular var gücü ilə oynadılar. Sözsüz ki, çatışmazlıqlar oldu. Kiyan Sultanpur çox zəif oynadı, demək olar ki, meydançada yox idi. Ona görə də Kiyanı əvəzlədim. Şəhriyar Xəlilov dünən əvəzedi heyətdə çıxış edib. Bu səbəbdən heyətdə yox idi. Qarşıdakı oyunlara hazırlaşacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43