Ölkə futbolu

“Sumqayıt”ın baş məşqçisi: “Müdafiəçilərimizin bərbad oyununa görə uduzduq”

Topaz Premyer Liqasının XIV turunda keçirilən AZAL – “Sumqayıt” oyunu gərginliyi ilə yadda qaldı. 5 qolun vurulduğu oyunda meydan sahibləri qələbə qazandı – 3:2.

İdmanxeber.com-un məlumatına görə, “Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov məğlub olduqları matçı belə şərh edib:

  “Müdafiəçilərimizin bərbad oyununa görə uduzduq. AZAL layiqli qələbə qazandı, mən rəqibi təbrik edirəm. Deyərdim ki, hücumda problemimiz çox deyil. Əsas problem arxa xətt ilə bağlıdır. Biz hesabda irəlidə olduğumuz vaxtda  adi epizodlarda qollar buraxdıq. Qışda böyük ehtimalla dəyişikliklər olacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43