Ölkə futbolu

“Sumqayıt”ın bir zədəlisi qayıtdı, biri də fərdi məşqlərlə kifayətlənir

Topaz Premyer Liqasının növbəti turunda "Kapital Bank Arena"da "İnter"lə qarşılaşacaq "Sumqayıt" Futbol Klubu hazırlığını davam etdirir.

İdmanxeber.com-un məlumatına görə, komanda bu gün növbəti məşqini keçirib. Son olaraq "Qəbələ" ilə oyunda zədələnmiş müdafiəçi Slavik Alxasov hələ də fərdi məşqlərlə kifayətlənir. Zədə səbəbindən son iki turu meydana çıxmayan Bəxtiyar Həsənalızadə isə artıq tam sağalıb və kollektivlə birlikdə hazırlaşır.

Qeyd edək ki, "Sumqayıt" – "İnter" oyunu noyabrın 2-də saat 16:00-da "Kapital Bank Arena"da keçiriləcək.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43