Ölkə futbolu

“Sumqayıt”ın ev oyunlarını 19 872 azarkeş izləyib

Azərbaycan Premyer Liqasında 2016/2017 mövsümü arxada qaldı.

28 turluq marafonun sonunda “Sumqayıt” 35 xalla çempionatı 6-cı pillədə bitirdi.

“Sumqayıt” arxada qalan mövsümün 14 qarşılaşmasını doğma meydanda “Kapital Bank Arena”da keçirib. Komandanın ev oyunlarını 14 tur ərzində ümumilikdə 19 872 azarkeş izləyib.

“Kapital Bank Arena”nın azarkeş tutumu 1326 nəfərlikdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43