16 Sentyabr 2024
Ölkə futbolu

“Sumqayıt”ın futbolçusu əməliyyat olundu

“Sumqayıt”ın futbolçusu Vüqar Mustafayev əməliyyat olunub.

İdmanxeber.az-ın məlumata görə, yarımmüdafiəçi sağ dizində zədəyə bağlı yaranmış osteofit çıxıntılar səbəbindən cərrahi müdaxiləyə ehtiyac duyub.

Mustafayevin əməliyyatı Bakıdakı özəl klinikaların birində baş tutub və uğurlu alınıb. Onun iki ay ərzində yenidən yaşıl meydanlara dönməsi planlaşdırılır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43