Ölkə futbolu

“Sumqayıt”ın “Kapital Bank Arena” həsrəti birir

Kapital Bank Arena” stadionunda təmir və yenidənqurma işlərinin aparıldığı hər kəsə məlumdur.

Bu səbəbdən “Sumqayıt” uzun müddətdir ki, öz evindən didərgin düşüb. Artıq 10-cu tur ərəfəsində olsaq da, hələ ki, “Sumqayıt” rəqiblərini doğma azarkeşləri önündə qəbul etməyib.

Amma bizdə olan məlumata görə, “Sumqayıt”ın bu həsrəti yaxın günlərdə bitə bilər. Gənclik şəhərinin komandası məhz 11 noyabrda “Keşlə”ni “Kapital Bank Arena”da qəbul edə bilər. Artıq bununla bağlı yekun məsləhətləşmələr aparılır. Qərar isə böyük ehtimalla noyabrın 5-də veriləcək. Məhz bu tarixdə “Sumqayıt”ın ev oyununu doğma Sumqayıtda keçirilib-keçirilməyəcəyi məlum olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43