Premyer Liqa

“Sumqayıt”ın kapitanı: “Əzmkarlıq lazım idi”

“Belə hava şəraitində oynamaq çox çətin idi. Əzmkarlıq lazım idi. Meydanda əlimizdən gələni etdik, döyüşdük, amma  xal qazana bilmədik. Təəssüf edirəm ki, sonadək qapmızı qoruya bilmədik və məğlub olduq”.

Bu sözləri Azərbaycan Premyer Liqasının 18-ci turunda keçirilən “Neftçi” – “Sumqayıt” (1:0) matçından sonra “kimyaçılar”ın kapitanı Vurğun Hüseynov idmanxeber.com-a açıqlamasında deyib.

Kapitan qarşıdakı oyunlarda daha yaxşı nəticələr qazanmağa çalışacaqlarını bildirib:

“Növbəti turda doğma meydanda AZAL-la qarşılaşacağıq. Çalışacağıq ki, bu oyundan maksimum xalla dönək. Sadəcə, hər matçda oyunumuz alınmır. Buna baxmayaraq, çalışırıq ki, maksimum gücümüzü ortaya qoyub daha yaxşı nəticələr əldə edək. Komandamız gənc futbolçulardan təşkil olunub. Bu da bizim sürətli oynamağımza gətirib çıxarır. İnanıram ki, belə gənc futbolçularla daha yaxşı nəticələr qazanacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43