Premyer Liqa

“Sumqayıt”ın məşqçisi: “Fasilədə buna görə üzr istədi”

Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində “Sumqayıt” səfərdə “Zirə”yə 0:1 hesabıyla məğlub oldu. Oyunsonrası mətbuat konfransında cəzalı olan “kimyaçılar”ın baş məşqçisi Samir Abasovu onun köməkçisi Vəfadar Quliyev əvəz edib.

İdmanxeber.com-un məlumatına görə, Quliyev oyunla bağlı bunları deyib:

–    “Zirə”ni təbrik edirm. Gərgin oyun getdi. İlk hissədə yaxşı təsir bağışlamadıq. İkinci hissədə isə öz oyunumuzu oynadıq. İkinci hissəyə görə futbolçulara təşəkkür edirəm.

–    Bu gün Samir Abasovun texniki zonada olmaması nəticəyə nə dərəcədə təsir göstərdi?

–    Əlbəttə, Samir müəllim olsa, daha yaxşı oyanayardıq. Ancaq düşünmürəm ki, baş məşqçinin olmaması çox ciddi təsir göstərib.

–    Oyunun əvvəlində Məhəmməd Qurbanov məşqçilər korpusuna kəskin etiraz etdi. Buna səbəb nə idi?

–    Bu, futbolda olur. Fasilədə buna görə üzr istədi.

–    Samir Abasov əvvəl cəzalı olduğu oyunda əvəzetmələri telefonla çatdırırdı. Bu dəfə necə idi?

–    Bu dəfə tribuna ilə texniki zona arasında məsafə qısa olduğundan, buna ehtiyac qalmadı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43