Ölkə futbolu

“Sumqayıt”ın növbəti rəqibi bəlli oldu

Topaz Premyer Liqasının 3-cü və 4-cü dövrəsi üçün hazırlığını davam etdirən “Sumqayıt” Futbol Klubu bu gün 2 dəfə məşq edib. Komanda, baş məşqçi Aqil Məmmədovun rəhbərliyi altında səhər məşqində daha çox topla olan çalışmalara üstünlük verib. Komanda axşam baş tutan məşqdə isə fiziki hazırlıq üzərində çalışıb.

“Sumqayıt” FK hazırlıq mərhələsi çərçivəsində növbəti yoxlama oyununu sabah “Kapital Bank Arena”da AZAL-a qarşı keçirəcək (16:00).

Qeyd edək ki, “Sumqayıt” FK-nun əvəzediciləri də sabah yoxlama oyunu keçirəcək. Samir Abasovun rəhbərlik etdiyi komanda doğma meydanda “Qarabağ”ın əvəzediciləri ilə üz-üzə gələcək (13:00).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43