Ölkə futbolu

“Sumqayıt”ın “qara siyahı”sına düşən futbolçular bəlli oldu

Topaz Premyer Liqasında dekabrın 21-də keçiriləcək oyunlardan sonra qış fasiləsi başlayacaq.

İdmanxeber.com-un məlumatına görə, digər klublar kimi, “Sumqayıt” da bu müddətdə heyətdə dəyişikliklər edəcək.

Komandadan kimlərin gedəcəyi artıq dəqiqləşib. Məşqçilər korpusunun etimadını qazana bilməyən Tagim Novruzov və Ceyhun Cavadov “Sumqayıt”dan göndəriləcək. Hər iki futbolçu ilə müqavilənin müddətinin uzadılmamasına qərar verilib. Qış fasiləsində “gənclik şəhəri” təmsilçisi daha bir oyunçu ilə vidalaşa bilər. Söhbət Kiyan Sultanpurdan gedir. 25 yaşlı hücumçunun da çıxışı baş məşqçi Aqil Məmmədovu tam qane etmir. Sultanpurla bağlı yekun qərar yaxın günlərdə veriləcək.

“Sumqayıt”ın düşərgəsinə, həmçinin baxışa futbolçular gələcək. Baxış müddətində özlərini yaxşı tərəfdən göstərən oyunçularla müqavilə imzalanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43