Kateqoriyasız

“Sumqayıt”ın “Səbail”lə 15-ci oyunu

Sumqayıt” Premyer Liqanın 3-cü turunda qarşılaşacağı “Səbail”lə ümumilikdə 14 dəfə üz-üzə gəlib.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ilk qarşılaşmada rəqibini səfərdə 2:0 hesabı ilə məğlub edən Sumqayıt təmsilçisi bu görüşlərdə 7 qələbə qazanıb, 2 heç-heçə edib, 5 dəfə isə məğlub olub. 14 görüşdə qeydə alınan ümumi top fərqi 15:12 olaraq, “Sumqayıt”ın xeyrinədir.

Komandanın “Səbail”lə keçirdiyi qarşılaşmalarda ən məhsuldar futbolçu 3 qolla Amil Yunanovdur. Onu 2 qolla hücumçular Əli Qurbani və Murad Xaçayev izləyir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43