20 Sentyabr 2024
Ölkə futbolu

“Sumqayıt”ın üzvü ən yaxşı futbolçu mükafatına namizədlər arasında yer aldı

“Sumqayıt”ın üzvü İsa Suliman “Asiya Futbol Mükafatları”nın ən yaxşı kişi futbolçu nominasiyası üzrə namizədlər arasında yer alıb.

İdmanxeber.az bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Sentyabrın 25-də İngiiltərənin “Uembli” stadionunda keçiriləcək tədbirdə futbolçunun rəqibləri Yan Dhanda (“Harts”, Şotlandiya) və Hamza Çodhuri (“Lester”, İngiltərə) olacaq.

Qeyd edək ki, “Asiya Futbol Mükafatları” Hindistan, Pakistan, Banqladeş, Şri-Lanka, Əfqanıstan, Nepal, Butan və Maldiv adalarından olan futbolçuları əhatə edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43