Ölkə futbolu

“Sumqayıt”ın yeni baş məşqçisi bəlli oldu

“Sumqayıt” futbol klubunun əvəzedici komandasının baş məşqçi postunda dəyişiklik baş verib. 

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən məlumatına görə, komandanın sükanı arxasına Mehman Yunusov keçib.

Onunla 1 illik müqavilə bağlanılıb. Əvvəllər əsas komandada Aqil Məmmədovun köməkçisi kimi çalışmış Yunusov yeni vəzifədə Vaqif Paşayevi əvəzləyib.

Qeyd edək ki, zəngin futbolçu karyerasına malik olan Mehman Yunusov “Neftçi” və “Şəmkir”in heyətində çempionluqlar yaşayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43