Ölkə futbolu

“Sumqayıt”ın zədəliləri qayıtdı

Topaz Premyer Liqasının növbəti turunda səfərdə "Simurq"la qarşılaşacaq "Sumqayıt" Futbol Klubu hazırlığını davam etdirir.

İdmanxeber.com-un məlumatına görə, komanda bu gün "Kapital Bank Arena"da növbəti məşqinə çıxıb.

Bir müddətdi zədəli olan qapıçı Andrey Popoviç artıq tam sağalaraq kollektivə qoşulub. Yalnız ayağında zədəsi olan Şəhriyar Xəlilov fərdi məşqlərlə kifayətlənib.

Qeyd edək ki, "Simurq" – "Sumqayıt" oyunun sentyabrın 28-də saat 18:00-da Zaqatala şəhər stadionunda keçiriləcək. (klub saytı)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43