Dünya futbolu

Super Liqa: derbilərin vaxtı bəlli oldu

Türkiyə Super Liqasının növbəti 7 turunun təqvimi açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, qarşıdakı derbilərin də tarixi bəlli olub. Super Liqanın 27-ci turu çərçivəsində keçirilək “Fənərbağça” – “Beşiktaş” görüşü aprelin 2-də baş tutacaq.

Ramazan ayı münasibəti ilə qarşılaşmaların saatında dəyişiklik edilib. Oyun iftar vaxtına təsadüf etməməsi üçün Bakı vaxtı ilə saat 21:30-da start götürəcək. 

32-ci turda baş tutacaq “Beşiktaş” – “Qalatasaray” matçı isə aprelin 30-da saat 20:00-da başlayacaq.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43