Dünya futbolu

Süper Liqa klubu ispaniyalı futbolçu gətirir

Türkiyənin “Alanyaspor” klubu heyətinə gücləndirmək istəyir.

İdmanxeber.az-ın məlumatına görə, komanda “Elçe”də çıxış edən Pol Lirolanı rənglərinə bağlamaq istəyir.  Alanya təmsilçisinin baş məşqçisi Farioli “Sassuolo”da olarkən ispaniyalı müdafiəçi ilə birləkdə çalışıb.

Gənc mütəxəssisin futbolçunu bəyəndiyi və rəhbərlikdən onu transfer etməsini tələb etdiyi bildirilir. Hazırda son cinah müdafiəçisi axtarışında olan “Alanyaspor” sözügedən futbolçu üçün yaxın vaxtda danışıqlara başlayacaq.

Lirola müqavilə ilə “Marsel” klubuna məxsusdur. İcarə əsasında La Liqa təmsilçisində çıxış edən ispaniyalı cari mövsüm 9 oyunda forma geyinib.

Mənbə müdafiəçinin Türkiyəyə gəlmək ehtimalının yüksək olduğunu vurğulayıb.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43