Dünya futbolu

Super Liqa matçında “Ya Qarabağ, ya ölüm”

Türkiyəli futbol azarkeşləri növbəti dəfə Azərbaycana dəstək nümayiş etdiriblər.

İdmanxeber.com-un məlumatına görə, “Karabükspor”un fanatları Super Liqanın 26-cı turunda “Fənərbaxça” ilə oyunda  “Ya Qarabağ, ya ölüm” pankartı açıblar.

Bununla da onlar Qarabağda baş verən aprel döyüşlərinin ildönümünə biganə qalmadıqlarını göstəriblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43