Dünya futbolu

Süper Liqanın yeni klubu “Beşiktaş”ın oyunçusuyla maraqlanır

“Eyüpspor” Jedson Fernandeşi heyətinə qatmaq istəyir.

İdmanxeber.az insayder Ertan Süzgünə əsasən məlumat verir ki, növbəti mövsümdən Süper Liqada çıxış edəcək komanda portuqaliyalı yarımmüdafiəçi üçün istəklidir. Gənc oyunçuya Səudiyyə Ərəbistanından və Rusiyadan da təkliflər var.

Fernandeş 2022-ci ildən “Beşiktaş”da çıxış edir. Xatırladaq ki, “qara-qartal” oyunçunun tam sahibi deyil. Portuqaliyalının 50 faiz haqqları “Benfika”dadır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43