Ölkə futbolu

“Super Liqaya çıxmaq üçün hər imkanımız var” – azərbaycanlı futbolçu

“Boluspor”da fərqli sistemdə, fərqli yerdə oynayıram. Qol vurmasam da, əsas odur qələbə qazanarıq, hədəfimiz var. Türkiyə Super Liqasına vəsiqə qazanmaq niyyətindəyik”.

Bu sözləri İdmanxeber.az saytına Türkiyə I Liqa təmsilçisi “Boluspor”da çıxış edən Vüsal İsgəndərli deyib. O, daha sonra belə davam edib:

“Albaniyadan Türkiyəyə gəlməyimə peşman deyiləm. Vaxtı gələndə bu mövzuda daha geniş danışaram. Hazırda komandaya faydalı olmağa çalışıram. Dediyim kimi, hədəfimizə çatmaq istəyirik. Albaniya liqası ilə Türkiyə çempionatının oxşar cəhətləri çoxdur. Burada stadionları fərqləndirmək olar. Amma Albaniyada oyunlara daha çox menecerlər gəlir. 

“Boluspor”a gəldiyim gündən start heyət oynayıram. Bu görüşlərdə 5 qələbə qazanmışıq, 2 heç-heçə etmişik. Bunlar önəmli nəticələrdi. Klub rəhbəri, azarkeşlər komandaya çox dəstək olurlar. Hər oyun stadion dolu olur. Pley-offa yüksəlib, sonra da Super Liqaya çıxmaq üçün hər imkanımız var”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43