Ölkə futbolu

Superkubok öncəsi XL-in düşərgəsindən iddialı sözlər: “Kuboku Lənkərana gətirəcəyik”

"Simurq"un futbolçuları mənə qarşı kobud oynayırdılar. Bilmirəm niyə, ancaq çox sərt şəkildə mənə qarşı çıxış edirdilər. Mənim özüm də bəzən elə olur ki, sərt oynayıram. Ancaq bu qədər də yox".

Bu sözləri idmanxeber.com saytına müsahibəsində "Xəzər Lənkəran"ın futbolçusu Rasim Ramaldanov deyib.

"Simurq" üzərində qazanılan qələbəni şərh edən Ramaldanov, daha sonra qarşıdakı Superkubokla bağlı bunları deyib:

"Əsas bu oyun idi. Çünki turnir cədvləindəki yerimiz heç də yaxşı deyil. İndi bütün diqqətimizi "Neftçi" ilə Superkubok matçına yönəldəcəyik. İnşallah kuboku Lənkərana gətirəcəyik".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43