Kateqoriyasız

Superliqa klubunun Qurban Qurbanov israrı

Türkiyə Superliqasına yenicə vəsiqə qazanan “Hatayspor” “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovu komandanın başına gətirməkdə israrlıdı.

İdmanxeber.az-ın məlumatına görə, Qurbanov qarşı tərəfə “yox” cavabı versə də, Superliqa klubu danışıqları yenidən başladıb. Bu barədə qardaş ölkənin “Milliyət” qəzeti məlumat yayıb.

Klubun idarə heyətinin növbəti mövsüm üçün planlamaya bu həftə keçiriləcək toplantıda başlayacağı bildirilib.

Xatırladaq ki, “Hatayspor” “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova təklif göndərib və 48 yaşlı mütəxəssis bunu qəbul etməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43