Dünya futbolu

Superliqanın daha bir ulduzu Çin yolunda

“Trabzonspor”un
təcrübəli futbolçusuz Oskar Kardoso karyerasını Çində davam etdirə bilər.

İdmanxeber.com-un
məlumatına görə, sözügedən ölkənin dörd klubu paraqvaylı forvardın transferində
maraqlıdır. Artıq Türkiyə təmsilçisinə rəsmi təkliflər edilib.

Hazırda
zədədən əziyyət çəkən Kardoso da Asiyada oynamağa razıdı. O, bu barədə qaradəniz
təmsilçisinin rəhbərliyi ilə söhbət edib və uyğun təklif gələcəyi təqdirdə satılmasını
xahiş edib.

Qeyd
edək ki, son günlər ərzində müvafiq olaraq “Trabzonspor”un yarımmüdafiəçisi
Stefan Mbia, “Beşiktaş”ın müdafiəçisi Ersan Gülüm və “Qalatasaray”ın hücumçusu
Burakı Yılmaz Türkiyəni Çinə dəyişib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43