İdman

Suraxanıda aləm bir-birinə dəydi

Az öncə başa çatan "Qarabağ" – "Qəbələ" oyununda aləm bir-birinə dəyib.

İdmanxeber.com-un məlumatına görə, görüşün 90+8-ci dəqiqəsində Dino Ndlovunun vurduğu qol "Qəbələ" düşərgəsinin kəskin etirazına səbəb olub. Belə ki, matçın baş hakimi Rəhim Həsənov oyuna 4 dəqiqə əlavə etsə də qarşılaşmanı 90+8-ci dəqiqədə başa çatdırdı. 

Əlavə oynanılan 3 dəqiqənin sonuncu dəqiqəsində gələn qol isə "qırmızı-qaralar"ın üsyanına səbəb oldu. Ehtiyat oyunçular, məşqçilər, klub rəsmiləri hazırda Həsənova kəskin etirazını bildirməkdədi.

Hakim final fitini səsləndirməmiş Roman Qriqorçuk meydanı tərk edərək, paltardəyişmə otağına yollandı.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43