Kateqoriyasız

“Sürix”in baş məşqçisi “Qarabağ” oyunundan danışdı

“Həm hücumda, həm də müdafiədə daha yaxşı olmalıyıq”.

İdmanxeber.az-ın məlumatına görə,  bu sözləri “Sürix”in baş məşqçisi Franko Foda Bakıda “Qarabağ”a 2:3 hesabı ilə uduzduqları oyunu barədə klubun rəsmi saytına açıqlamasında deyib.

56 yaşlı mütəxəssis  “Nəticə qazanmaq vaxtıdır. Ardıcıl 2 səfər matçından sonra yeni mövsümdəki ilk ev oyunumuzu səbirsizliklə gözləyirik” – deyə, əlavə edib.

Qeyd edək ki, “Sürix” və “Qarabağ” arasında cavab görüşü iyulun 27-də İsveçrədə keçiriləcək. Sürix təmsilçisi bu matçdan öncə ölkə çempionatının II turunda “Lütsern”i qəbul edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43